“Siyasi Partiyalar haqqında” qanun layihəsinə 66 düzəliş edilib

Xəbərlər

23.11.2022 - 15:57

cedabet dərman SEO Xidməti

Vitse-spiker: “Əsas təkliflər daha çox rəqəmlərə yönəlib”

“Siyasi Partiyalar haqqında” qanun layihəsində ümumilikdə 66 düzəliş edilib. AYNA xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisdə keçirilən mətbuat konfransında deyib.

Vitse-spiker bildirib ki, qanun layihəsinin ictimai müzakirələrində həm parlamentdə təmsil olunan, həm olunmayan partiyalar iştirak ediblər: “Qanun layihəsi siyasi partiyaların daha səmərəli fəaliyyət göstərməsi məqsədi daşıyır. Bu baxımdan yeni qanun layihəsi hazırlanıb”.

Ə.Hüseynli deyib ki, əsas təkliflər daha çox rəqəmlərə yönəlib: “Təkliflər var idi ki, bir sıra məsələlərdə zaman artırılsın, bir sıra hallarda zaman azaldılsın. Yəni burada partiyaların təsis və ləğv edilməsi, qeydiyyatdan, reyestrdən keçməsi üçün müddətlərlə bağlı düzəlişlər edilib. Ümumilikdə qanun layihəsinə münasibət pozitivdir. Parlamentdə təmsil olunan bir partiya xaric, digərlərinin nümayəndələri plenar iclasda layihəyə səs verəcəyini bildirdi. Layihə birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş