Siyarto Le Penin cəzalandırılmasını pisləyib

Dünya

01.04.2025 - 21:13

Həkimlər Klinikalar SEO Xidməti

“Vətənpərvərlər istənilən vasitə ilə uzaqlaşdırılır

Macarıstanın xarici işlər naziri Peter Siyarto Fransa Parlamentindəki sağçı “Milli Ralli” Partiyası fraksiyasının lideri Marin Le Pen haqqında məhkəmə hökmünü pisləyib.

AYNA.AZ xəbər verir ki, nazir öz “Facebook” hesabında Le Pen haqqında hökm demokratiyanın mahiyyətini göstərdi: “Vətənpərvərlər istənilən vasitə ilə uzaqlaşdırılır. Müharibə qızışdıran Brüsselə isə hər şeyə, o cümlədən saxtakarlığa icazə verilir”.

"Fransa məhkəməsinin qərarı hamıya aydın oldu ki, liberal demokratiya nə deməkdir: vətənpərvərlər nəyin bahasına olursa-olsun məhv edilə bilər - məhkəmə qərarları ilə, kənar müdaxilə ilə... Müharibə tərəfdarı olan Brüsselə isə istədiklərini etməyə icazə verilir: on milyardlarla avro dəyərində peyvənd sifarişləri ilə bağlı mətn mesajlarını silmək, mobil telefonları oğurlamaq və s.", - nazir etiraz edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş