Şirvanda yol qəzasında sürücü ölüb

Hadisə

15.01.2024 - 23:47

Sürücü hadisə yerinə həyatını itirib

Bu gün saat 20 radələrində Hacıqabul-Horadiz yolunun 6-cı kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya bildirilib ki, Sabirabad rayon sakini, sürücü Davud Məmmədov idarə etdiyi "Volkswagen" markalı avtomobilin idarəetməsini itirməsi nəticəsində aşırıb. Nəticədə o hadisə yerinə həyatını itirib.

Araşdırma aparılır.

Müəllif: Ayna.az