Simonyan: “İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır”

Aktual

25.09.2023 - 01:25

Həkimlər Klinikalar SEO Xidməti

Spiker: “Biz bu tarixi şansdan istifadə etmək istəyirik”

“İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır”. AYNA-nın “Caliber”ə istinadən məlumatına görə, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Spiker qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşdə sülh sazişinin imzalanması mümkündür.

Spikerin sözlərinə görə, rəsmi İrəvan çox istəyir ki, bu məsələdə irəliyə doğru addım atılsın.

“Biz bu tarixi şansdan istifadə etmək istəyirik. Əbədi müharibə heç kimə lazım deyil. Biz buna hazırıq”, - deyə Alen Simonyan İctimai Televiziyada bildirib.

Müəllif: Ayna.az