“Vəhşi heyvanlara da mərhəmət göstərməyiblər”

Aktual

09.11.2020 - 16:02

Hikmət Hacıyev: “Min illik Çinar ağacı da daxil olmaqla çinar və şam ağacı meşələri məhv edilib"

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında işğal illərində Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakəti təsbit edib.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Ttvitter” səhifəsində yazıb.

 

“Min illik Çinar ağacı da daxil olmaqla çinar və şam ağacı meşələri məhv edilib. Vəhşi heyvanlara da mərhəmət göstərməyiblər”, - H.Hacıyev vurğulayıb.

Müəllif: Ayna.az