“Xəstəliyi ağır keçirənlər 20 gündən sonra virusa yoluxdurmur” – <font color=red> Həkim</font>

Aktual

21.08.2020 - 19:41

Həkimlər Klinikalar SEO Xidməti

Fərrux Sədirov: “Reabiltasiyaya ehtiyacı olan şəxslər xaric, digərlərinin dərman və ya digər vasitələrlə müalicəsinə ehtiyac yoxdur”

 

“Dünyanın fərqli ölkələrində koronavirusdan sağalmış şəxslərin izolyasiya müddəti ilə bağlı fərqli fikirlər səsləndirlir. Hətta, 35-50 günə qədər virusa yoluxdura bilərlər deyə, nəzəriyyələr də mövcddur”. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.

 

“Xəstəliyi ağır keçirən şəxslərin 20 gündən sonra virusa yoluxdurmadığı üçün həmin şəxslərə izolyasiya tədbirləri məsləhət görülmür. Xəstəxanada müalicə olunduqdan sonra evə göndərilən və reabiltasiyaya ehtiyacı olan şəxslər xaric, digərlərinin dərman və ya digər vasitələrlə müalicəsinə ehtiyac yoxdur”, - deyə Sədirov vurğulayıb.

Müəllif: Ayna.az