Simonyan: “Anklavlar və eksklavlarla bağlı heç bir razılaşma yoxdur”

Aktual

16.10.2026 - 14:06

“Kərki kəndi ilə Başkəndin dəyişdirilməsi barədə müzakirələr aparılır”

“Anklavlar və eksklavlarla bağlı heç bir razılaşma yoxdur. Kərki kəndi ilə Başkəndin dəyişdirilməsi barədə müzakirələr aparılır. Bu mümkündür, amma Ermənistana ayrılmış kvadrat metrlər daxilində”.

AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərlə söhbətində deyib.

"Eyni zamanda, Başkənd hazırda Ermənistanda yerləşən üç SSRİ dövründə Azərbaycanın olmuş üç kəndin birlikdə ərazisindən bir qədər kiçikdir", - deyə o qeyd edib.

Simonyan “heç bir Ermənistan ərazisinin təslim edilmədiyini və təslim edilməyəcəyini” əmin edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş