Si Cinpin Putinlə görüşəcək

Dünya

17.03.2023 - 11:50

Kreml görüşün vaxtını açıqlayıb

Çin lideri Si Cinpinlə Rusiya Prezidenti Vladimir Putinin görüşünün vaxtı açıqlanıb. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə 20-22 mart 2023-cü il tarixlərində Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiyaya dövlət səfəri edəcək”, - məlumatda deyilir.

Bildirilib ki, danışıqlar zamanı tərəflər iki ölkə arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələrin gələcək inkişafının aktual məsələlərini müzakirə edəcəklər.

Müəllif: Ayna.az