Kürdəmirdə 5,2 maqnitudalı zəlzələ olub
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla 20:38-də Kürdəmir rayonunda maqnitudası 5,2, dərinliyi 52 km olan zəlzələ qeydə alınıb. Zəlzələ Saatlı, Beyləqan, Mingəçevir,Yardımlı, Qəbələ rayonlarında hiss olunub. AYNA xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Kürdəmir stansiyasınndan 14 km cənubda Kürdəmir ərazisində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.