“Dünən gecə sionist sui-qəsdlərinin strateji mərkəzi onlar tərəfindən güclü raket atəşinə məruz qalıb”
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin İraqdakı hədəfləri olan Ərbilə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. AYNA TASS-a istinadən xəbər verir , bu barədə İranın “Gənc Jurnalistlər Klubu” məlumat yayıb.
SEPAH-ın bəyanatında qeyd edilib ki, “dünən gecə sionist sui-qəsdlərinin strateji mərkəzi onlar tərəfindən güclü raket atəşinə məruz qalıb”.
Qeyd edək ki, bu gün səhər saatlarında İrandan İrqaın Ərbil şəhərinə raket atılıb. Raketlərin ABŞ səfirliyinin korpusuna düşdüyü qeyd edilib.