Şəmkirdə zəncirvarı qəza olub

Hadisə

24.03.2024 - 08:44

Ölən və xəsarət alanlar var

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib. AYNA “Azertac”a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106", "VAZ 2107" və digər avtomobil toqquşub. Qəza zamanı 1990-cı il təvəllüdlü Elçin Elxan oğlu Əhmədov hadisə yerində ölüb. 1996-cı il təvəllüdlü İlham Yılmaz oğlu Həsənov, 1998-ci il təvəllüdlü Seymur Nəcəf oğlu İmanov və bir qadın xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Müəllif: Ayna.az