Şəmkirdə qadın dəm qazından zəhərlənib

Hadisə

09.01.2023 - 07:12

Hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb

Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Lətafət Əmiraslanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 31 yaşlı qadının vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, L.Əmiraslanova yaşadığı evdə dəm qazından zəhərlənib.

Müəllif: Ayna.az