Şəmkirdə intihar

Hadisə

03.01.2022 - 01:16

52 yaşlı qadın özünü istixananın hovuzuna atıb

Şəmkirdə intihar hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Yeniabad kəndində yerləşən istixanada qeydə alınıb.

52 yaşlı (hələlik adı məlum deyil – red.) qadın özünü istixananın hovuzuna atıb. Qadının meyiti sudan çıxarılaraq adiyyatı üzrə təhvil verilib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az