Şəmkirdə avtomobillər toqquşub, 4 nəfər yaralanıb

Hadisə

01.10.2022 - 02:34

Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə İrmaşlı kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir ailənin 4 üzvü, 1971-ci il təvəllüdlü Nəsimi Allahverdiyev, oğlu, 2001-ci il təvəllüdlü Namiq Allahverdiyev, 1976-cı il təvəllüdlü Vüqar Allahverdiyev və 1976-cı il təvəllüdlü Xədicə Allahverdiyeva xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az