TƏKLİF"/>

"Şəkidən sonra Şuşayla Ordubad da o siyahıda olmalıdır" - <font color=red> TƏKLİF</font>

Mədəniyyət

08.07.2019 - 18:32

"Yallı, köçəri, tənzərə də mütləq o siyahıda olmalıdır"

 

UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Ümumdünya İrs Siyahısına daxil edilib. 1996-cı ildə  UNESCO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalandan sonra, 2000-ci ildə Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi, 2007-ci ildə Qobustan dövlət tarixi-bədii qoruğu Ümumdünya İrsi Siyahısına salınıb.

 

Maraqlıdır, bundan sonra hansı tarixi-mədəni abidələrimiz, mədəni irsimiz həmin siyahıya salına bilər? AYNA-nın bu sualına siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev aydınlıq gətirib. 

Похожее изображение

Şəki Xan sarayının Ümumdünya İrsi Siyahısına daxil edilməsini uğurlu addımlardan biri kimi dəyərləndirən tarixçi Dünya İrs Siyahısına daxil edilməsi gözlənilən mədəni irsimiz haqqında danışıb: "Bundan sonra Şuşa tarixi şəhər, Xəzər dənizinin sahilindəki müdafiə qurğuları - Beşbarmaq səddi, Gilgilçay səddi, Çıraqqala, Şabran qalası, Dördkünc Mərdəkan qalası, Dairəvi Mərdəkan qalası, Bayıl qalası, Nardaran qalası, Ramana qalası, Naxçıvan türbələri (Gülüstan türbəsi, Möminə Xatun türbəsi, Qarabağlar türbəsi, Yusif ibn Küseyir türbəsi), Atəşgah, Ordubad tarixi şəhər kimi tarixi abidələrin və şəhərlərin də siyahıya daxil olmasını istərdik”.

 

“Eyni zamanda “Qarabağ atı ilə oynanılan çövkən oyunu” ilə yanaşı Naxçıvanın ənənəvi qrup rəqsləri – yallı, köçəri, tənzərə də mütləq bu siyahıda olmalıdır. Bu, bizim tariximiz üçün önəmlidir” – deyə tarixçi qeyd edib.

Müəllif: Təranə Xudabaxşiyeva