Məşhur müğənni səhnədə biabır oldu - <font color=red> FOTO</font>

Mədəniyyət

19.06.2019 - 14:53

Kardi B ləqəbli müğənni Belkalis Almanzarın verdiyi son konsert ilginc görüntülərlə yadda qalıb.

 

Ötən ay keçirdiyi plastik cərrahiyyə əməliyyatına görə ayaqları şişmiş Kardi B bütün konsertlərini ləğv etmək məcburiyyətində qalmışdı. AYNA xarici mediaya istinadən xəbər verir ki, ifaçı həkimlərin qadağasına məhəl qoymayaraq yenidən konsert verib.

 

 

Səhnəyə göy qurşağına bənzər rəngli geyimdə çıxan Kardi B performansı ilə hər kəsi heyran edib. Konsertin irəliləyən dəqiqələrində müğənni həm də çılğın rəqsi ilə ağılları başdan almağa çalışıb. Ancaq Kardinin bu cəhdi heç də uğurlu alınmayıb.

 

Belə ki, 26 yaşlı ifaçının paltarının arxa hissəsi cırılıb. Bundan bir müddət xəbərsiz olan Kardi B səhnədə oxumağa davam edib. İfaçı təşkilatçıların xəbərdarlığından sonra əynini dəyişmək üçün konsertə ara verib.

 

Kardi növbəti dəfə səhnəyə hamam xələtində çıxıb. Xələtin bir hissəsini açıq qoyan ifaçı yenidən biabırçı vəziyyətə düşməmək üçün xələtinin kəmərini düyünləyib.

 

Ayaqları həddindən çox şişmiş Kardi B bu dəfə də səhnədə çox qala bilməyib. O, pərəstişkarlarından üzr istəyərək konsertini yarımçıq başa vurub.

Müəllif: Ayna.az