Aktyor pandemiyanın çətin dövründən sağ çıxmağa kömək edən teatr sənətinin tərəfdarı adlandırılıb
Amerikalı aktyor Tom Kruz fəxri Oskar mükafatına layiq görüləcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Amerika Kino Sənəti və Elmləri Akademiyası məlumat yayıb.
Akademiyadan bildirilib ki, Kruz ən tanınmış aktyorlarından biridir. O ABŞ kino sənayesinə COVID-19 pandemiyasının çətin dövründən sağ çıxmağa kömək edən teatr sənətinin tərəfdarı adlandırılıb.
Bəyanatda deyilir: “Kruz öz sənətinə sadiqliyini nümayiş etdirir””.
Burada sənətçinin bir çox nailiyyətləri olduğu, o cümlədən “İyulun 4-də doğulan”, “Cerri Maquayr” və “Maqnoliya” filmlərindəki rollarına görə Oskar mükafatına namizədliklər, eləcə də prodüserlik etdiyi “Top Gun: Maverick” filminə görə Oskar nominasiyası olduğu qeyd edilir.
Mükafatlandırma mərasimi noyabrın 16-da Los-Ancelesdə keçiriləcək.
Fəxri Oskar "ömrü boyu kinoda yüksək nailiyyətə, kino sənətinin və elminin inkişafına müstəsna töhfələrə və Akademiyaya görkəmli xidmətə görə" verilir.