Şəkidə evdə yanğın olub

Hadisə

18.01.2022 - 10:40

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Şəki şəhərində ümumi sahəsi 200 kvadratmetr olan bir dam altında tikilən və iki ailənin yaşadığı birmərtəbəli evdə yanğın baş verib.

AYNA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, sahəsi 150 kvadratmetr olan evin tavanı 10 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az