Səhiyyə Nazirliyi enerji içkiləri ilə bağlı çağırış edib

Cəmiyyət

16.04.2022 - 15:07

cedabet dərman SEO Xidməti

İçkilər yeniyetmələrin inkişafında problem yaratdığı bildirilib

Səhiyyə Nazirliyi 22 yaşdan aşağı olanları enerji içkilərini qəbul etməməyə çağırıb.

AYNA-nın xəbərinə görə, bu barədə nazirliyin feysbuk səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, enerji içkilərinin gündəlik qəbulu normadan artıq olduqda ürək ritmini pozur:

"Hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar yaranır".

Məlumatda qeyd olunub ki, bu içkilər uşaqların, yeniyetmələrin inkişafında da problemlər yaradır:

"22 yaşdan aşağı olanlar isə enerji içkilərini qəbul etməməlidilər. Enerjili içkiləri orqanizmdə D vitamininin mənimsənilməsinin qarşısını alır".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş