Şəhid Səbuhi Əhmədovun qardaşının açıqlaması ilə bağlı araşdırmaya başlanılıb

Xəbərlər

15.09.2022 - 12:37

cedabet Klinikalar SEO Xidməti

“Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb”

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb. Qeyd edək ki, müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcəkdir”, - cavabda deyilir.

Xatırladaq ki, Sənan Əhmədov ötən gün verdiyi açıqlamada şəhid qardaşı Səbuhi Əhmədovdan “Komando” xüsusi briqadasına qəbul olmaq üçün 6 min manat rüşvət alındığını iddia edib. O, qardaşının həmin pulu bankdan kreditə götürdüyünü bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş