Şəhid Elmir Məmmədovun əşyaları Tarix Muzeyinə verilib

Xəbərlər

10.01.2022 - 18:03

Həkimlər Klinikalar SEO Xidməti

Şəhidə məxsus materiallar Vətən Müharibəsi Fonduna daxil edilib

Şəhid Elmir Məmmədova məxsus materiallar AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fonduna daxil edilib. Bu barədə AYNA-ya muzeydən məlumat verilib.

Elmir Məmmədov 1999-cu ildə Salyan rayonunda anadan olub. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb.

Vətən müharibəsində iştirak edən Elmir Məmmədov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə igidlik və fədakarlıq nümunəsi göstərib, şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Elmir Məmmədov “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş