Sancaq: “Türkiyə 5-6 aya NATO-dan çıxmalıdır”

Dünya

25.01.2023 - 11:46

“Hadisələr bizi bu addımları atmağa məcbur edir”

Türkiyənin Ana Vətən Partiyasının sədr müavini Ətəm Sancaq Türkiyənin NATO-dan çıxmasını “zərurət” adlandırıb və ölkənin yaxın 5-6 ay ərzində blokdan çıxmasını təklif edib.

AYNA xəbər verir ki, “Hadisələr bizi bu addımları atmağa məcbur edir. NATO öz təxribatları ilə bizi bu hərəkətləri etməyə məcbur qoyur... Türkiyə 5-6 aya NATO-dan çıxmalıdır”, - “Aydınlık” qəzeti Sancaqdan sitat gətirib.

Siyasətçi Alyansın Türkiyəni Yaxın Şərqdə münaqişələrə cəlb etməyə çalışdığını qeyd edib və İsveçdə “Qurani-Kərim”in yandırılması ilə anti-Türkiyə aksiyasını xatırladıb: "NATO-dan çıxmaq təcili və məcburi hala gəldi".

Qeyd edək ki, diplomatik mənbələrin verdiyi məlumata görə, Ankaranın tələbi ilə Türkiyə, İsveç və Finlandiya arasında NATO-ya üzvlüklə bağlı danışıqlar qeyri-müəyyən müddətə təxirə salınıb.

Müəllif: Ayna.az