Salyanda yol qəzası olub, bir ailənin dörd üzvü xəsarət alıb

Hadisə

02.07.2024 - 23:26

Həkimlər Klinikalar SEO Xidməti

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib

Salyanda baş verən yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Şorsulu kənd ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Quliyeva Raziya Abasağa qızı, 1961-ci il təvəllüdlü Quliyev Bəhram Pilağa oğlu, 2011-ci il təvəllüdlü Cavadov Kənan Seymur oğlu və 2023-cü il təvəllüdlü İsmayılzadə Fidan İlkin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az