Sakit Okean Alyansının sammiti təxirə salınıb

Dünya

08.12.2022 - 08:17

Sammitin dekabrın 14-də keçirilməsi planlaşdırılmışdı

Perunun paytaxtı Limada gələn həftə keçirilməsi nəzərdə tutulan Sakit Okean Alyansının sammiti təxirə salınıb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Meksikanın xarici işlər naziri Marselo Ebrard "Twitter" səhifəsində məlumat verib.

“Peruda baş verən son hadisələr nəzərə alınaraq dekabrın 14-də Limada keçirilməsi planlaşdırılan Sakit Okean Alyansının sammitinin təxirə salınmasına qərar verilib”, - o qeyd edib.

Müəllif: Ayna.az