Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq

Xəbərlər

07.01.2022 - 15:11

Həkimlər Klinikalar SEO Xidməti

Portalın fevral ayının ikinci yarısında aktiv edilməsi planlaşdırılır

Yanvarın 12-də saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlı müvəqqəti olaraq dayandırılacaq.

Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, portalın fevral ayının II yarısında aktiv edilməsi planlaşdırılır.

Buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş