Şabranda çay daşıb: sakinlər təxliyə ediliblər

Xəbərlər

16.04.2025 - 17:02

Həkimlər Klinikalar SEO Xidməti

Dəvəçiçaya gələn güclü sel Şabran şəhərində fərdi yaşayış evlərinin həyətlərinə, evlərə, kommersiya obyektlərinə dolub

Dəvəçiçay daşıb, həyətlərə, evlərə, kommersiya obyektlərinə su dolub.

AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, intensiv yağış nəticəsində Dəvəçiçaya gələn güclü sel Şabran şəhərində fərdi yaşayış evlərinin həyətlərinə, evlərə, təsərrüfatlara, kommersiya obyektlərinə dolub.

Hadisə baş verən ərazidə 30-a yaxın ev var. Evlərdə yaşayan sakinlər təxliyə edilib.

Hadisə yerinə Şabran rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri və digər əlaqədar qurumların nümayəndələri cəlb olunublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş