Evdən çıxarkən onun əynində qara köynək, qara şalvar olub
Şabran rayon sakini, 1966-cı il təvəllüdlü Gülağa Əskərov oktyabr ayının 20-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, G.Əskərov 155 sm boylu, arıq bədən quruluşlu və psixi qüsurludur. Evdən çıxarkən onun əynində qara köynək, qara şalvar olub.
Həmin şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (050) 403-10-43 və (070) 233-27-23 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.