Sabahın havası ilə bağlı xəbərdarlıq edilib
Martın 7-də müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb. Bu barədə AYNA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, Abşeron yarımadasında rütubətli və əsasən küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.