Sabahın havası: yağış yağacaq, duman olacaq

Xəbərlər

16.03.2023 - 13:13

Həkimlər Klinikalar SEO Xidməti

Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var

Azərbaycanda martın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var.

Cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olacaq. Gecə 5-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Rayonlarda bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Gecə 5-9 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş