Sabahın hava proqnozu: yağış yağacaq

Xəbərlər

06.10.2022 - 13:59

cedabet dərman SEO Xidməti

Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir

Oktyabrın 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-19, gündüz 22-24, Bakıda gecə 17-19, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75% olacaq.

Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 13-17 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş