Bakıda 37, rayonlarda 39 dərəcə isti gözlənilir
Avqustun 18-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Gecə 21-25, gündüz 32-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 30-40% olacaq.
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.