Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

26.03.2023 - 14:32

Bakıda 21 dərəcə isti olacaq

Martın 27-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq, mülayim şimal küləyi əsəcək.

Gecə 7-11° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Rayonlarda sabah hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.

Müəllif: Ayna.az