Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

24.02.2023 - 14:51

cedabet dərman SEO Xidməti

Bakıda cənub küləyi əsəcək

Fevralın 25-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Fevralın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Arabir güclənən cənub küləyi əsəcək. Gecə 0-3° isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Rayonlarda əsasən yağmursuz hava olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 3-8° şaxta olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş