Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

15.11.2022 - 15:39

cedabet dərman SEO Xidməti

Yağışlı hava davam edəcək

Noyabrın 16-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-14° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş