Sabahın hava proqnozu

Xəbərlər

22.03.2023 - 13:42

Bakıda 19 dərəcə isti olacaq

Azərbaycanda martın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Gecə 7-10° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 50-60 % olacaq.

Rayonlarda əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək.

Gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Müəllif: Ayna.az