Sabahın hava proqnozu

Xəbərlər

14.09.2022 - 15:18

cedabet Klinikalar SEO Xidməti

Bakıda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Sentyabrın 15-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında sentyabrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sentyabrın 14-dən 15-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21, gündüz 22-25, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21, gündüz 25-30, dağlarda gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş