Sabah İstanbulda Rusiya-ABŞ danışıqlarının ikinci raundu keçiriləcək

Dünya

09.04.2025 - 20:14

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya nümayəndə heyəti ABŞ-la danışıqlar aparmaq üçün İstanbula gəlib

Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyevin başçılıq etdiyi Rusiya nümayəndə heyəti Rusiya və ABŞ arasında danışıqların ikinci raundu üçün İstanbula gəlib. AYNA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Nümayəndə heyətini daşıyan təyyarə yerli vaxtla saat 14:20 radələrində İstanbul hava limanına enib”, – nəşr yazıb.

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında danışıqların ikinci mərhələsi aprelin 10-da Rusiyanın İstanbuldakı Baş Konsulluğunda baş tutacaq. Amerika qrupunu görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter təmsil edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş