Sabah Günəş tutulması hadisəsi verəcək

Xəbərlər

24.10.2022 - 12:03

cedabet dərman SEO Xidməti

Bu, qismən Günəş tutulmasıdır

Sabah ilin ikinci Günəş tutulması hadisəsi baş verəcək. AYNA xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından bildirilib.

Qeyd olunub ki, bu, qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi saat 12:58-də başlayacaq və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu 15:00-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59-da başlayacaq və 16:30-da sona çatacaq. Tutulmanın maksimumu 15:17-də olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş