Yanvarın 20-nə olan hava proqnozu açıqlanıb
Yanvarın 20-də Azərbaycanda gözlənilən hava şəraiit açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-3° isti, Bakıda gecə və gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.
Rayonlarda bəzi yerlərdə havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-18° şaxta, gündüz 2-7° şaxta olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 20-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda yağıntılı və soyuq diskomfort hava şəraiti gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.