Martın 15-nə gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycanda martın 15-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Gecə 5-7° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Rayonlarda əsasən yağmursuz hava olacaq. Bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.
Gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.