Noyabrın 10-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
Noyabrın 10-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 13-16° isti, Bakıda gecə 9-11° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti olacaq.