Saakaşvili özünü yaxşı hiss edir: “Onun həyatı təhlükədə deyil”

Dünya

15.11.2021 - 08:46

Həkimlər Klinikalar SEO Xidməti

Baş həkim: “Laboratoriya müayinələrindən keçib və yazılan bütün dərmanları qəbul edir”

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin müalicəsi davam edir. AYNA TASS-a istinadən bildirir ki, bu barədə Ədliyyə Nazirliyinin Tiflisdəki xüsusi tibb müəssisəsinin baş həkimi Manana Elefterova məlumat verib.

Həkim qeyd edib ki, Saakaşvili hazırda özünü yaxşı hiss edir: “Sabiq Prezident həkim nəzarətindədir. Laboratoriya müayinələrindən keçib və yazılan bütün dərmanları qəbul edir. Onun həyatı təhlükədə deyil.

Qeyd edək ki, noyabrın 13-də Saakaşvilinin həyat yoldaşı, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko bildirmişdi ki, keçmiş Prezidentin vəziyyəti aclıq aksiyası səbəbindən o qədər pisləşib ki, o, yataqdan qalxa bilməyib.

Xatırladaq ki, Saakaşvili noyabrın 8-də Rustavi şəhərindəki həbsxanadan Tiflisin Qldani rayonundakı həbsxana tibb müəssisəsinə köçürülüb. Eyni zamanda, vəkilləri onun həyatına təhlükə olduğunu bildiriblər. Səbəb kimi isə Qldani həbsxana xəstəxanasında onlarla psixi pozğunluğu olan məhkumların yerləşdiyini göstəriblər.

Oktyabrın 1-də M.Saakaşvili səkkiz illik mühacirətdən sonra etiraz aksiyalarında iştirak etmək üçün qayıtdığı vətənində təhlükəsizlik işçiləri tərəfindən saxlanılıb. Siyasətçi həbs ediləndən sonra aclıq aksiyasına başlayıb və aclığı 40 günədək davam etdirib.

Sabiq Prezident bankirin qətlinə və deputatın döyülməsinə görə qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş