Rusiyanın endirdiyi zərbələr nəticəsində Ukraynada ölənlərin sayı 38-ə çatıb

Dünya

09.07.2024 - 14:59

cedabet dərman SEO Xidməti

Paytaxt Kiyevdə 27 nəfər ölüb: ölənlər arasında dörd uşaq da var

İyulun 9-u məlumatına görə, Rusiyanın Ukraynaya dünənki kütləvi raket hücumu nəticəsində 39 nəfər həlak olub. AYNA Ukrayna mediasına istinadən bildirir ki, bu barədə Prezident Volodimir Zelenski məlumat verib. O, davam edən xilasetmə və bərpa işlərinin görüntülərini yayımlayıb.

Paytaxt Kiyevdə 27 nəfər ölüb. Ölənlər arasında dörd uşaq da var. Onlardan birinin meyiti Şevçenko rayonunda dağılmış yaşayış binasının dağıntılarını təmizləyərkən tapılıb. Krivoy Roqda 10, Dneprdə isə 1 nəfər ölüb.

190 nəfər xəsarət alıb, onlardan 100-ə yaxını xəstəxanaya yerləşdirilib.

Hücum nəticəsində binalarından biri dağıdılan və bir neçə binaya ziyan dəymiş Kiyev "Oxmatdıt" uşaq xəstəxanasından bütün xəstələr başqa xəstəxanalara köçürülüb.

Xilasedicilərin dağıntıları təmizləyərkən insanların qala biləcəyi ehtimal edilən zirzəmiyə çatdıqları barədə məlumat yayılıb. Lakin dağıntılar altında heç kimin olmadığı bildirilir.

Ukrayna hakimiyyəti Rusiyanı uşaq xəstəxanasına məqsədyönlü hücumda ittiham edir. Rusiya bunu inkar edir. Kremlin sözçüsü Dmitri Peskov çərşənbə axşamı bildirib ki, xəstəxana “raket əleyhinə”, yəni Ukrayna hava hücumundan müdafiə raketi ilə vurulub. Rusiya Müdafiə Nazirliyi də sübut təqdim etmədən bir gün əvvəl eyni şeyi açıqlamışdı. Ukrayna Təhlükəsizlik Xidməti bunun Rusiya qanadlı raketi olduğuna dair sübutların olduğunu bildirib.

“Ümumilikdə 100-ə yaxın obyekt zədələnib: uşaq xəstəxanası, adi evlər, uşaq bağçaları, doğum evi, kollec, biznes mərkəzi”, - deyə Zelenski bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş