Rusiyanın dondurulmuş aktivləri Ukraynanın bərpasına yönəldiləcəkmi?

Dünya

23.01.2023 - 15:21

cedabet dərman SEO Xidməti

Şarl Mişel: "Bu, ədalət məsələsidir və aydındır ki, bu, hüquqi prinsiplərə uyğun olaraq edilməlidir”

Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel Aİ ölkələrini müsadirə edilmiş Rusiya Mərkəzi Bankının 300 milyard dollarlıq aktivlərinin Ukraynanın bərpası üçün istifadə edilməsinə dair danışıqları davam etdirməyə çağırıb.

AYNA-nın məlumatına görə, “Financial Times”a verdiyi müsahibədə Mişel Aİ liderlərinin müzakirələrə təkan verəcəyini gözlədiyini söyləyib.

Onun sözlərinə görə, Aİ mənfəət əldə etmək üçün dondurulmuş aktivləri idarə etmək ideyasını araşdırırlar: “Sonra bu aktivlər Ukraynanın bərpası işlərinə yönəldilə bilər”.

"Bu, ədalət məsələsidir və aydındır ki, bu, hüquqi prinsiplərə uyğun olaraq edilməlidir”, - Mişel bildirib.

Avropa Şurasının rəhbərinin sözlərinə görə, aktivlərin müsadirə edilməsinə hüquqi maneələr var: “Buna baxmayaraq, məsələdə irəliləyişə nail olmaq və onun həllində güclü siyasi maraq var”.

Qeyd edək ki, Aİ və müttəfiqləri Rusiya Mərkəzi Bankının xarici hesablarında saxlanılan yüz milyardlarla dollar dəyərində valyuta ehtiyatlarını dondurub. Daha sonra Moskva təxminən 300 milyard dolların dondurulduğunu açıqlayıb.

Aİ bu aktivlərin Ukraynanın dağılmış infrastrukturunun bərpasında istifadə edilməsi üçün müsadirə edilməsi ideyasını irəli sürüb. Keçən ilin sonunda Avropa Komissiyası dondurulmuş aktivlərin Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün aktiv şəkildə idarə oluna biləcək bir fonda köçürülməsi ideyasını irəli sürüb. Eyni zamanda, Brüssel təklif edib ki, aktivlər geri qaytarılmayacaq şəkildə müsadirə edilməyəcək - sülh sazişi imzalanacağı təqdirdə onlar Rusiya Federasiyasına qaytarılacaq.

Bəzi Aİ üzvü dövlətlər bu fikrə şübhə ilə yanaşırlar. Çünki müsadirənin qanuni yolla həyata keçirilə biləcəyinə şübhələr var. Bəzi rəsmilər bunun riskli presedent yarada biləcəyini, maliyyə sabitliyi üçün riskləri artıra biləcəyini iddia edirlər. Digər maneə odur ki, belə müsadirə üçün yeni qanunvericilik aktı tələb oluna bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş