Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılmasına çağırış edildi

Dünya

02.04.2023 - 18:23

cedabet dərman SEO Xidməti

Polşa XİN başçısının müavini: “Rusiyanı təcrid etmək mexanizmləri səmərəsizdir”

“Rusiyanı təcrid etmək mexanizmləri səmərəsiz və qeyri-effektivdir”. AYNA bildirir ki, bu sözləri Polşa Xarici İşlər Nazirliyinin (XİN) rəhbərinin müavini Pavel Yablonski “Polskie Radio 24”də açıqlamasında deyib.

Nazir müavini bildirib ki, BMT Təhlükəsizlik Şurasında sədrliyin Rusiyaya keçməsi düzgün deyil: “Təəssüf ki, bu, Rusiyanın təcrid mexanizminin beynəlxalq təşkilatlarda düzgün işləmədiyinin sübutudur”.

“Varşava Moskvanı mümkün olan maksimum uzağa gedən təcridin köməyi ilə digər dövlətlərə təsir imkanından məhrum etməyi dəstəkləyir”, - Yablonski bildirib.

Yablonski Rusiyanın BMT Təhlükəsizlik Şurasından və təşkilatın özündən çıxarılmasına çağırış edib.

Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi ilə bağlı mübahisələrə müdaxilə etməkdən imtina edib. Baş katibin aprelin 24-də Rusiya tərəfindən çağırılan “BMT Nizamnaməsinin prinsiplərinin müdafiəsi vasitəsilə səmərəli çoxtərəflilik” mövzusunda keçiriləcək iclasda iştirak etmək istədiyi də güman edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş