Rusiyalı deputat satanizmin qadağan olunmasını tələb edib

Dünya

02.07.2024 - 16:47

Həkimlər Klinikalar SEO Xidməti

Olqa Timofeyeva: “Ölkəyə qarşı ideoloji, informasiya və mədəni cəbhədə müharibə başlayıb”

“Rusiyada satanizmi ekstremist hərəkat kimi tanımaq və onun bütün növlərini qadağan etmək lazımdır. Çünki ölkəyə qarşı ideoloji, informasiya və mədəni cəbhədə müharibə başlayıb”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Dövlət Dumasının İnkişaf Komitəsinin rəhbəri Olqa Timofeyeva deyib.

 “Bu gün şər qüvvələrinə arxalanan faşistlər, satanistlər, nasistlər bizə qarşı çıxırlar. Bizə sərt mövqe lazımdır: müzakirələr aparılmır, ancaq terrorçu, ekstremist, destruktiv ideologiyanı təbliğ edən bütün təşkilatlara qadağa qoyulmalıdır”, - Timofeyeva Dövlət Dumasında keçirilən tədbirdə deyib.

“Kommersant”ın yazdığına görə, tədbir Rusiyanın media-mədəni məkanında satanizm və digər dağıdıcı hadisələrin yayılmasına qarşı mübarizəyə həsr olunub.

Timofeyevanın sözlərinə görə, Qərb Rusiyaya “açıq şəkildə qarşı çıxır” və gəncləri ideoloji cəhətdən yoluxdurmağa çalışır: “Bu, xalqı fəth etmək yolunun uğurunun yarısıdır. Gənclərin beynini tamamilə dəyişmək üçün iki-üç il lazımdır”.

Müəllif: Ayna.az