Rusiyadan Baydenə cavab: “Bunu edə bilməyəcəksiniz”

Dünya

26.01.2022 - 12:03

Həkimlər Klinikalar SEO Xidməti

Volodin: “Onlar Rusiyada sadiq və idarə olunan prezident istəyirlər”

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ Prezidenti Co Baydenin Rusiyanın Ukraynaya müdaxiləsi halında Prezident Vladimir Putinə qarşı sanksiyaların tətbiq ediləcəyi barədə bəyanatına cavab verib.

AYNA “Lenta.ru”ya istinadən bildirir ki, Volodinin fikrincə, ABŞ hakimiyyət orqanları istədiklərini açıq şəkildə bildiriblər: “Onlar Rusiyada sadiq və idarə olunan prezident istəyirlər. Birləşmiş Ştatlar Prezident Putinin dövründə Rusiya Federasiyasının güclü və müstəqil olmasından məmnun deyil”.

“Bizim anlayışımıza görə, Baydenin hədə ilə dediyi sanksiyalar Putinə qarşı deyil, Rusiya xalqının seçiminə qarşı yönəlib. Bunu edə bilməyəcəksiniz. Sizin bütün hərəkətləriniz dövlətimizə - Rusiyaya qarşı düşmənçilikdir. Bu hamıya aydın oldu", - deyə Volodin vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti C.Bayden Rusiyanın Ukraynaya müdaxiləsi halında Rusiya lideri V.Putinə qarşı sanksiyaların mümkünlüyünü deyib. Bayden eyni zamanda, Ukrayna ətrafında eskalasiyanın dünyanı dəyişə biləcəyini söyləyib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş