Rusiyada yanğın zamanı iki azyaşlı ölüb

Dünya

07.12.2022 - 01:18

Dağıntılar təmizlənərkən iki uşağın meyiti aşkar edilib

Rusiyanın Rostov vilayətinin Baqaevski rayonunda evdə baş verən yanğında iki azyaşlı ölüb.

AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

 

“Saat 21:01-də dağıntılar təmizlənərkən iki uşağın meyiti aşkar edilib. Onlar 2019-cu il təvəllüdlü oğlan və 2017-ci il təvəllüdlü qızdır”, - deyə nazirliyin mətbuat xidmətindən bildirilib.

Yanğın baş verən vaxt uşaqlar evdə nəzarətsiz olub.

Hadisənin səbəbləri araşdırılır.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə