Rusiyada istefalar başlayıb

Siyasət

10.05.2022 - 21:56

Gün ərzində vəzifəsindən istefa verən region başçılarının sayı 4-ə yüksəlib

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin, Kirov vilayətinin qubernatoru İqor Vasilyev, Saratov vilayətinin qubernatoru Valeri Radayev, Mari El Respublikasının başçısı Aleksandr Evstifiyev istefa verib. 

Sergey Jvaçkinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin onun istefasını dəstəkləyib: “Heç vaxt kresloya bağlanmamışam. Bu kimi vəziyyət istefa qərarımı müəyyənləşdirib”.

Həmçinin Aleksandr Evstifiyev "Telegram"da Putinə ona göstərdiyi etimada görə təşkkür edirb: "Mari El Respublikasının rəhbəri kimi səlahiyyət müddətim bitdiyinə görə istefamı qəbul etmək xahişi ilə Rusiya Prezidentinə müraciət etdim. Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə mənə göstərilən etimada və respublikaya və onun sakinlərinə əvəzsiz qayğısına görə minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Rusiyada gün ərzində vəzifəsindən istefa verən region başçılarının sayı 4-ə yüksəlib.

Rusiyada istefalar başlayıb Rusiyada istefalar başlayıb Rusiyada istefalar başlayıb Rusiyada istefalar başlayıb
Müəllif: Ayna.az