Azərbaycan və Rusiyanın eyni vaxtda Türkiyə ilə viza rejimini ləğv etməsi nəyə hesablanıb?

Siyasət

26.07.2019 - 13:23

"Səbəbindən asılı olmayaraq, bu addım müsbət haldır"

 

Xəbər verdiyimiz kimi, 1 sentyabr 2019-cu il tarixindən etibarən Azərbaycan Respublikasına 30 gün müddətinə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşlarına viza tələbi aradan qaldırılır. Bu qərarın açıqlanmasının ardından Rusiya Prezidenti Valdimir Putin də Türkiyə vətəndaşlarına qarşı viza tətbiqinin qaldırılması istiqamətində göstəriş verib.

 

Maraqlıdır, bölgədə nə baş verir? Eyni anda hər iki dövlətin Türkiyəyə qarşı belə bir addım atması nədən qaynaqlanır? Həmçinin, bu, Türkiyəyə nələri vəd edir?

 

Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay və Türkiyədə yaşayan soydaşımız, politoloq Aqil Səmədbəyli AYNA-nın əməkdaşının bu suallarına aydınlıq gətiriblər.

Похожее изображение

Hasan Oktayın fikrincə, Azərbaycanın və Rusiyanın Türkiyəyə viza tətbiqini ləğv etməsi regionda ciddi mənada bir əhali fəallığı, həmçinin iqtisadi canlanma yaradacaq: “Burada diqqət edilməsi lazım olan məsələ daha çox Amerika Birləşmiş Ştatlarının İrana hərbi müdaxilə ehtimalıdır. Əməliyyatın qarşısı alınarsa, yəni bölgədə müharibə baş verməzsə, bölgə ciddi mənada iqtisadi cəhətdən inkişaf edəcək. Ümumi mənada götürsək, ABŞ, Rusiya, İran və Türkiyə rəqabətinin kəsişmə nöqtəsinin cənubi Qafqaza yönələcəyi görünür”, – deyə KAFKASSAM sədri əlavə edib.

 

H.Oktayın sözlərinə görə, viza rejiminin ləğv edilməsi ilk mərhələdə Azərbaycana ciddi mənada töhfə verəcək.

Картинки по запросу Aqil Səmədbəyli moderator.az

Aqil Səmədbəli isə baş verənləri belə şərh edib: “Azərbaycan, Türkiyə və Rusiya arasında əlaqələr yaxşı istiqamətdə davam edir. Türkiyə böyük risk alaraq “S-400”-ləri Rusiyadan aldı.  Vizanın ləğvi həm bununla bağlıdır, həm də bu 3 ölkə arasında uzunmüddətli nəzərdə tutulmuş planla”.

 

Politoloq düşünür ki, səbəbinin nə olmasından asılı olmayaraq, bu addım müsbət haldır: “Azərbaycanın Rusiya ilə eyni vaxtda vizanı ləğv etməsi isə bir az düşündürücüdür”.

Müəllif: Rumiyyə Miraslan

Ramanada faciə

Dünən, 17:26 Hadisə